Konqoda seçkiyə bir gün qalmış prezidentliyə namizəd virusdan öldü

23 Mart 2021 - 01:17

Konqo Respublikasında prezidentliyə namizəd Qay Brays Parfayt Kolelas seçki günü vəfat edib.

COVID-19-a yoluxan və ağır vəziyyətdə olan 61 yaşlı siyasətçi Fransada müalicəyə yollandığı təyyarədə keçinib.

Seçkilərdən iki gün əvvəl xəstəxanada seçicilərə müraciət edən Kolelas ölümlə mübarizə apardığını söyləmişdi. O, vətəndaşları bazar günü keçiriləcək səsvermədə fəal iştiraka çağırmışdı. Konqo Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edib ki, seçki məcəlləsində namizədlərdən birinin vəfatı ilə əlaqədar səsvermənin nəticələrinin ləğvi barədə maddə yoxdur.

Konqo Respublikasında prezident seçkilərində 6 namizəd, o cümlədən 77 yaşlı hazırkı dövlət başçısı Denis Nquesso iştirak edirdilər.