Könüllülərə “Müharibə veteranı” adı necə veriləcək? –Nazir aydınlıq gətirdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş şəxslərə “Müharibə veteranı” statusunun verilmədiyinə dair iddialara aydınlıq gətirib.

Nazir junalistlərə açıqlamasında burada hər hansı könüllü və ya qeyri-könüllü kateqoriyasının olmadığını deyib.

O bildirib ki, “Müharibə veteranı” statusu veriləcək şəxslərin konkret kateqoriyaları var və bu, normativ hüquqi aktlarla təsbit edilib: “Həmin şəxslərin “Müharibə veteranı” statusunu müəyyən edən müəssisə xidmət keçdiyi və ya işlədiyi qurumdur. Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim olunub. Ona görə də, həmin qurumlar qanunvericilikdə olan kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir”.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında könüllü iştirak etmiş bəzi şəxslər onlara “Müharibə veteranı” adının verilməyəcəyi barədə sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Martdan “Müharibə veteranı” təqaüdünün verilməsi başlanacaq

Sonrakı məqalə

Milli Məclisin deputatları İrəvanda Göy məscidi ziyarət edib –