Martdan “Müharibə veteranı” təqaüdünün verilməsi başlanacaq

“İndiyə qədər altı qurum üzrə “Müharibə veteranı” statusu təyin edilib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq həmin şəxslərə aylıq təqaüdün verilməsinə başlanılıb:

“Statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə ödənilən təqaüd yanvardan hesablanır. Bu ay ərzində Müdafiə Nazirliyinin şəxslərin siyahısının verilməsini gözləyirik. Yeganə qalan qurum onlardır və ən çox kontingent də həmin qurumdadır. Mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı üzrə də “Müharibə veteranı” təqaüdünün verilməsinə başlanıla bilər və proses qısa müddətdə yekunlaşacaq.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin olunub

Sonrakı məqalə

Könüllülərə “Müharibə veteranı” adı necə veriləcək? –