Noyabrın 9-da səhər saatlarından Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.
Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər Kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.