“Koronavirus pandemiyasının bitmə tarixi görünür” –

ÜST-dən açıqlama
10 Yanvar 2022 - 19:07

“Koronavirus pandemiyasının bitmə tarixi görünür, amma qarşıdakı 3 ay ağır keçəcək”.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi elçisi Devid Nabarro açıqlama verib.

Nabarro pandemiyanın bitmə tarixinin uzaqda olmadığını söyləsə də, virusun təkamül etdiyini, yeni ştamların yaranmaqda davam edəcəyini vurğulayıb.

ÜST rəsmisi yeni ştamlara görə, hər 3-4 aydan bir yoluxmada artım hallarının ola biləcəyini də istisna etməyib.