“Koronavirus təhlükəsi ilə bağlı Azərbaycan lazımi tədbirlər görür” –

Prezidentin köməkçisi
24 Fevral 2020 - 10:49

“Koronavirus məsələsi beynəlxalq gündəlikdə olan məsələdir. Azərbaycan bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini ciddi şəkildə araşdırır, öyrənir, lazımi tədbirlər görülür”.

Bunu koronavirus təhlükəsi ilə bağlı Azərbaycanın İranla sərhədləri bağlaması ehtimalına münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib. Hacıyev deyib ki, Nazirlər Kabinetində koronavirusla bağlı ilkin mərhələdə müzakirələr aparılıb, Tədbirlər Planı hazırlanıb: “Ölkəmiz tərəfindən də bu istiqamətdə lazımi tədbirlər görülməkdədir. Azərbaycan vətəndaşlarının səfərlərinin məhdüdlaşdırılması ilə bağlı da Xarici İşlər Nazirliyi tərəfindən müraciətlər olub”.