Koronavirusa qarşı ikinci vaksinə də müsbət rəy verildi –ABŞ peyvəndi təsdiqlədi

 ABŞ hökumətinin məşvərətçi qurumu COVID-19-a qarşı ikinci vaksinə də müsbət rəy verib.

Qurum ABÇ tənzimləyici orqanına tövsiyə edib ki, Moderna şirkətinin Milli Səhiyyə İnstitutu ilə birlikdə hazırladığı vaksini təcili təsdiqləsin. 20-0 səs çoxluğuyla buna səs verən qurum bildirib ki, vaksinin faydası 18 və daha yuxarı yaşlılar üçün riskləri üstələyir.

Ərzaq və Dərman Administrasiyası (FDA) Moderna vaksinini hətta bu gün – dekabrın 18-də təsdiqləyə bilər.

Təcili icazə verilən kimi Moderna milyonlarla doza vaksini paylamağa başlayacaq.

Artıq bu həftədən Pfizer və BioNTech şirkətlərinin hazırladığı vaksin ABŞ-da vurulmağa başlanıb. İkidozalı vaksin artıq Britaniya və Kanadaya da göndərilib.

Moderna vaksini 94 faiz effekt ortaya qoyub, yəni elə Pfizer-BioNTech vaksini qədər. Sonuncunun effekti 95 faizdir. Moderna vaksini adi dondurucu temperaturunda saxlanır və bu onun daşınmasını asanlaşdırır. Pfizer-BioNTech vaksini isə mənfi 70 dərəcə selsidə saxlanmalıdır.

Birləşmiş Ştatlarda indiyədək 1.6 milyondan çox yoluxma təsdiqlənib, 310 mindən artıq ölüm qeydə alınıb.

Dünyada isə yoluxanların sayı 75 milyona yaxındır, 1.6 milyon xəstə vəfat edib.

Moderna vaksini bazara daxil olunca hökumət rəsmiləri dekabrın sonunadək 20 milyon, yanvarda daha 30 milyon amerikalıya ilk dozanın vurula biləcəyini bildirirlər. İlk sırada tibb işçiləri və yaşlıların peyvənd olunacağı gözlənir. Konqres üzvləri, Ali Məhkəmənin hakimləri, hökumətin aparıcı vəzifəliləri də ön sıradadırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nikol Paşinyan MDB dövlət başçılarının sammitinə qatılmadı

Sonrakı məqalə

Prezident Administrasiyasının şöbə müdiri Müsavat başqanı Arif Hacılı ilə görüşüb –