Nikol Paşinyan MDB dövlət başçılarının sammitinə qatılmadı

Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində iştirak etmir.

 “Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Baş nazirin mətbuat katibi Mane Gevorqyan deyib.

Mətbuat katibi bildirib ki, Baş nazirin sammitə qatılmamasının səbəbi onun atasının dəfni ilə əlaqədardır.

Qeyd edək ki, Nikol Paşinyanın atası Vova Paşinyan uzun sürən xəstəlikdən sonra dekabrın 16-da vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

10 yaşlı Nərminin qətlində təqsirləndirilən şəxsin həbs müddəti uzadıldı

Sonrakı məqalə

Koronavirusa qarşı ikinci vaksinə də müsbət rəy verildi –