Koronavirusa qarşı peyvənd hazırlayan təşkilatlar kiberhücumlara məruz qalıb

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) ölkə universitetlərinə və koronavirus infeksiyasına (COVID-19) qarşı peyvəndin hazırlanması ilə məşğul olan tədqiqat təşkilatlarına yönəlmiş kiberhücumların sayında ciddi artım olduğunu elan edib.

APA-Economics”in “Securitylab”a istinadən verdiyi məlumata görə, kibercinayətkarlar xarici dövlətlərin, xüsusən də Çin və İranın dövlət qurumlarının adından istifadə etməklə tədqiqatçıların mühüm məlumatlarını oğurlamaq məqsədilə hücumlar təşkil edirlər.

Hazırda onlarla tibb müəssisəsi COVID-19 üzərində tədqiqat aparır, buna görə kibercinayətkarlar alimlərin fəaliyyəti ilə bağlı dəyərli məlumatı oğurlamağa çalışır. Lakin bu günədək heç bir uğurlu hücum qeydə alınmayıb.

NCSC koronavirus peyvəndinin üzərində iş aparan Oksford Universitetinin mütəxəssisləri ilə sıx əməkdaşlıq edir. Kiberhücumların sayının artmasına baxmayaraq, Böyük Britaniyada pandemiya zamanı kibertəhlükəsizliklə bağlı insidentlərin ümumi sayında artım müşahidə olunmayıb.

Pandemiya zamanı kibercinayətkarların fəallığı ötən ay qeydə alınıb. Belə ki, apreldə ABŞ FTB-nin direktor köməkçisi Tonya Uqoretz COVID-19-un üzərində tədqiqat işlərinin apardığını açıq elan edən bəzi qurumların çoxsaylı kiberhücumlara məruz qaldıqlarını bildirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Boeing” süni zəkalı pilotsuz hərbi təyyarəsini təqdim edib

Sonrakı məqalə

Bakıda təhsil müəssisələrinin tikinti və təmirinə 20 milyon manat ayrılıb