Koronavirusa yoluxan azərbaycanlı hakim tam sağaldı

Türkiyədə koronavirusa yoluxmuş azərbaycanlı hakim İsa Məmmədovun 2 həftəlik karantin müddəti başa çatıb.

Bu barədə “Report”a 20 yaşlı referinin özü məlumat verib. O, artıq tam sağaldığını bildirib: “Hər şey yaxşıdır, özümü normal hiss edirəm. Tam olaraq dad və qoxuları hiss edirəm. Dünən karantin dövrü başa çatdı”.

İ.Məmmədovun sözlərinə görə, artıq ondan koronavirusla bağlı analiz götürməyəcəklər: “Özümü narahat hiss etsəm, zəng edəcəyəm, gəlib yoxlayacaqlar”, – hakim deyib.

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə III kursda təhsil alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nardaranda əməliyyat keçirildi, silah-sursat götürüldü

Sonrakı məqalə

Bütün təhsil müəssisələrində psixoloji xidmət fəaliyyət göstərəcək