Koronavirusa yoluxmaqda şübhəli bilinən qadın xəstəxanadan qaçıb

06 Fevral 2020 - 09:55

Avstriyada koronavirusa yoluxmaqda şübhəli bilinən 31 yaşlı qadın axşam saatlarında Salzburg şəhərində yerləşən xəstəxananın yoluxucu xəstəliklər şöbəsindən qaçıb.

Sputnik-in verdiyi xəbərə görə, avstriyalı qadın xəstəxanaya çərşənbə axşamı yerləşdirilib. Onun koronavirus testinin nəticələri çərşənbə günü günortadan sonra açıqlanmalı idi. Xəstənin qaçmasının səbəbi bəlli deyil.

Hazırda Avstriya polisi onu axtarır.