Koronavirusa yoluxmuş daha üç Azərbaycan vətəndaşı sağaldı

- Qərargahdan açıqlama
14 Mart 2020 - 12:20

Koronavirus (COVİD-19)  infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib ki, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb.

Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.