Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manatdan artıq vəsait toplanıb

05 May 2020 - 17:14

“Bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirusla Mübarizəyə Dəstək Fonduna həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, bu günə qədər Fonda 113 milyon manatdan artıq vəsait toplanıb: “Baş Nazirin sərəncamı ilə Fondun vəsaitlərinin xərclənməsində şəffaflığı təmin etmək üçün İctimai Nəzarət Şurası yaradılıb. İclasda Prezident Administrasiyası, icra orqanları, ictimaiyyət və qanunverici orqanın nümayəndələri iştirak edib. İclasda Fonda toplanan vəsaitlərin xərclənməsi istiqaməti barədə müzakirə aparılıb”.