Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Koronavirusla mübarizəyə xərclənən vəsait proqnozlaşdırılandan 3 dəfə çox olub

User 21 May 2022 - 16:16 (Last updated: 21 May 2025 - 20:15)
vaksin birge

Keçən il koronavirusla mübarizə tədbirləri üçün xərclənən vəsait proqnozlaşdırılandan artıq olub.

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda qeyd edilir ki, ölkədə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, xəstəliyə yoluxmuş şəxslərin karantin nəzarətinə götürülməsi və müalicəsinin səmərəli təşkili məqsədilə ölkənin müvafiq bölgələrində quraşdırılmış modul tipli xəstəxanaların və stasionar müalicə tədbirlərinə cəlb olunmuş özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən tibb müəssisələrinin maliyyə təminatı 2021-ci ildə də davam etdirilib.

2021-ci ildə ölkədə davam edən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri üçün 261,0 milyon manat məbləğində vəsait nəzərdə tutulsa da, pandemiyadan yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmaq, orqanizmin koronavirus (COVID-19) infeksiyasına qarşı immunitetini yenidən artırmaq üçün “buster” dozanın vurulması məqsədilə yeni vaksinlərin alınması zərurəti yaranıb. Bu səbəbdən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə faktiki olaraq 806,8 milyon manat, o cümlədən dövlət büdcəsinin vəsaitindən 526,8 milyon manat, İcbari Tibbi Sığorta Fondunun vəsaitindən 280,0 milyon manat istifadə olunub.

Ayrılmış vəsaitin 314,1 milyon manatı vaksinlərin alınmasına, 165,8 milyon manatı tibb işçilərinə müddətli əlavənin ödənilməsinə, 153,7 milyon manatı modul tipli xəstəxanaların və özünümaliyyələşdirmə prinsipi ilə işləyən tibb müəssisələrinin fəaliyyətlərinin təmin edilməsinə, 120,6 milyon manatı dərman, tibbi ləvazimatlar, avadanlıqlar və digər malların alınmasına, 52,6 milyon manatı COVID-19 testlərinin (reagentlərin) alınmasına və digər xərclərin maliyyələşdirilməsinə istifadə olunub.

APA

Post navigation

Previous: Biləsuvarda təbii su mənbələrinə qanunsuz qoşulanlara xəbərdarlıq edilib
Next: Rusiya 963 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoydu

Oxşar xəbərlər

Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı altında antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28

xƏBƏR

Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı altında antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22
Azərbaycana din, elm, kitab satışı və digər fəaliyyətlər adı altında gələn bəzi şəxslər əslində antidövlət fəaliyyəti ilə...
Read more about “Din, elm adı altında antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
Səbinə Əliyeva yenidən Ombudsman seçilib ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28
Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.