Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22 (Last updated: 03 Noyabr 2026 - 13:25)
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı

Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı

Azərbaycana din, elm, kitab satışı və digər fəaliyyətlər adı altında gələn bəzi şəxslər əslində antidövlət fəaliyyəti ilə məşğul olur, qruplar yaradır və dövlət əleyhinə cinayətlər hazırlayırlar, miqrasiya qanunvericiliyində ciddi dəyişikliklərə ehtiyac var.

Bunu Milli Məclisin bugünkü plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, miqrasiya sahəsində aparılan islahatlar və yeniliklər dünya standartlarına uyğunlaşdırılır: “Bununla yanaşı, miqrasiyanın hazırda dünyada ən təhlükəli sahələrdən birinə çevrildiyini diqqətdən qaçırmaq olmaz. Bəzi şəxslər müxtəlif adlar və pərdələr altında digər ölkələrə casusluq fəaliyyəti ilə məşğul olmaq üçün göndərilir. Azərbaycana din, elm, kitab satışı və digər fəaliyyətlər adı altında gələn bəzi şəxslər əslində antidövlət fəaliyyəti ilə məşğul olur, qruplar yaradır və dövlət əleyhinə cinayətlər hazırlayırlar. Miqrasiya qanunvericiliyində müxtəlif kateqoriyalar üzrə tələblər, əcnəbilərin yoxlanılması və ölkədə qalma prosedurları daha da sərtləşdirilməlidir”.

Siyavuş Novruzov investisiya və rezidentlik imkanlarından sui-istifadə risklərinə də diqqət çəkərək bildirib ki, böyük dövlətlər üçün bu mexanizmlər vasitəsilə öz maraqlarına xidmət edən şəxsləri Azərbaycanda yerləşdirmək çətin deyil: “Ölkəyə həqiqi mütəxəssislərin gəlməsi və yerli kadrların yetişdirilməsi vacibdir, lakin mütəxəssis adı altında başqa məqsədlərlə fəaliyyət göstərən şəxslərə ehtiyac yoxdur”. / APA/

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28
Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24

xƏBƏR

Telefon
  • İqtisadiyyat

Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?

User 03 Noyabr 2026 - 13:34
Azərbaycanda elektronika bazarında istehlakçıların əsas seçimlərindən biri yenə də mobil telefonlar olub. Oktyabr ayında mobil cihazlar ölkənin...
Read more about Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?
“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
Səbinə Əliyeva yenidən Ombudsman seçilib ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.