Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Kosmik tullantılar yeni aviaqəzalara səbəb ola bilər

User 05 Yanvar 2026 - 21:20 (Last updated: 05 Yanvar 2026 - 21:20)
kosmos zibil

Orbitdən Yerə doğru düşən raket və peyk qalıqları mülki aviasiya üçün yeni təhlükə mənbəyinə çevrilməkdədir. Hazırda toqquşma riski aşağı qiymətləndirilsə də, hər yeni buraxılışla bu risk artır və alimləri uçuşların təhlükəsizliyi ilə hava nəqliyyatının fasiləsizliyi arasında tarazlıq axtarmağa vadar edir.

AZƏRTAC “Scientific Reports” nəşrinə istinadla xəbər verir ki, orta hesabla həftədə bir dəfə iri kosmik texnika fraqmenti, məsələn, daşıyıcı raketin işlənmiş pilləsi və ya sıradan çıxmış peyk atmosferin sıx qatlarına daxil olur. Onların əksəriyyəti yanaraq məhv olsa da, ayrı-ayrı hissələr təyyarələrin uçuş hündürlüyünə – 9-12 kilometrə qədər çata bilir. Hətta kiçik fraqmentlər belə aviasiya mühərrikini sıradan çıxarmaq qabiliyyətinə malikdir.

2025-ci ilə aid tədqiqat göstərib ki, yaxın bir il ərzində kosmik tullantıların nəzarətsiz şəkildə sıx hava məkanına düşməsi ehtimalı 26 faiz təşkil edir. Proqnozlara əsasən, 2030-cu ilədək kommersiya təyyarəsinin fraqmentlə toqquşma ehtimalı 1/1000 səviyyəsinə çata bilər. Uçuşların yüksək intensivliyi fonunda bu, real qəza təhlükəsi yaradır.

Bu cür hallar artıq müşahidə olunub. Belə ki, 2022-ci ilin noyabrında Çinin “Long March 5B” raketinin 20 tonluq pilləsinin nəzarətsiz şəkildə Yerə enməsi İspaniya üzərində hava məkanının bağlanmasına və yüzlərlə reysin gecikdirilməsinə səbəb olub. Hadisə dəqiq proqnozların və ölkələrarası koordinasiyanın çatışmazlığını üzə çıxarıb.

Əsas problemlərdən biri kosmosla atmosferin sərhədində seyrək hava qatları ilə mürəkkəb qarşılıqlı təsir səbəbindən düşmə vaxtı və yerinin hesablanmasında saatlarla və minlərlə kilometrə çatan səhvlərin yaranmasıdır. Eyni zamanda, riskin hansı səviyyəsində hava məkanının bağlanmalı olduğunu müəyyən edən aydın qaydalar mövcud deyil. Həddindən artıq məhdudiyyətlər aviasiya əlaqələrini iflic edir, hərəkətsizlik isə risklərin toplanmasına gətirib çıxarır. Bir ölkədə (İspaniya nümunəsində olduğu kimi) hava məkanının bağlanması uçuş axınlarının qonşu regionlara yönəlməsinə və yeni problemlərin yaranmasına səbəb olur.

Avropa Kosmik Agentliyinin 2027-ci ildə buraxılması planlaşdırılan “DRACO” missiyası peykin atmosferdə dağılması prosesini 200 sensor vasitəsilə araşdıraraq proqnoz modellərini dəqiqləşdirməyi hədəfləyir. Bundan başqa, tərkibində 13 agentliyin yer aldığı Kosmik Tullantılar üzrə İdarələrarası Komitə mövcuddur və bu qurum hər il proqnozları müqayisə edərək modelləri təkmilləşdirir. Bununla belə, kosmik agentliklər və hava hərəkətinə nəzarət xidmətləri arasında, məsələn, Beynəlxalq Mülki Aviasiya Təşkilatı vasitəsilə məlumat mübadiləsi üçün qlobal protokollara ehtiyac qalmaqdadır.

Adi sərnişin təyyarəsi üçün kosmik tullantı ilə toqquşma riski digər təhlükələrlə müqayisədə son dərəcə aşağıdır. Lakin mühəndislər və tənzimləyici qurumlar bu vəziyyəti qorumaq, hətta ehtimalı çox az olsa belə, potensial olaraq fəlakətli qəzanın qarşısını almaq üçün işlərini davam etdirirlər.

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyevin telekanallara MÜSAHİBƏSİ –
Next: “Mən ləyaqətli insanam, əvvəlki kimi ölkəmin prezidentiyəm” –

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Milli Məclisin deputatı Sevinc Hüseynovaya ağır itki üz verib. Gununsesi.info  xəbər verir ki, deputatın həyat yoldaşı Hacı...
Read more about Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.