Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Kral əmlakları ilə bağlı məsələlərdə nəzarət vacibdir” –

User 22 Oktyabr 2025 - 22:30 (Last updated: 22 Oktyabr 2025 - 21:57)
Keir Starmer

Keir Starmer

Böyük Britaniyanın Baş naziri Kir Starmer şahzadə Endryunun parlamentdə deputatların qarşısında ifadə verməsi ilə bağlı çağırışları dəstəklədiyini bəyan edib.

BBC xəbər verir ki, bu mövzu onun Vindzordakı yaşayış şəraiti ilə bağlı yeni məlumatlardan sonra gündəmə gəlib. Məlumatlara görə, şahzadə 20 ildən artıq müddətdə 30 otaqlı “Royal Lodge” malikanəsində cüzi icarə haqqı ilə yaşayıb. Bu fakt ictimai narazılıq doğurub və onun malikanəni tərk etməsi üçün təzyiqləri artırıb.

Liberal Demokrat Partiyasının lideri Ed Deyvi Baş nazirdən bu məsələni araşdırmaq üçün xüsusi komitə təhqiqatını dəstəkləyib-dəstəkləməyəcəyini soruşub. Kir Starmer cavabında bildirib ki, bütün kral əmlakları ilə bağlı məsələlərdə lazımi nəzarət vacibdir və o, bunu tam şəkildə dəstəkləyir.

Xatırladaq ki, bu həftənin əvvəlində şahzadə Endryu cinsi cinayətlərə görə məhkum olunmuş maliyyəçi Cefri Epsteyn ilə əlaqələrinin yenidən gündəmə gəlməsindən sonra kral titullarından imtina etdiyini açıqlayıb. Lakin onun “York hersoqu” titulunun rəsmi qaydada ləğv edilməsi üçün parlament tərəfindən ayrıca qanun qəbul edilməlidir.

AzPost.az

Post navigation

Previous: Ağ Ev Səudiyyə Ərəbistanı şahzadəsinin səfərinə hazırlaşır
Next: “Qarabağ” səfərdə “Atletik”ə məğlub oldu –

Oxşar xəbərlər

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.