Kraliça Elizabetin məktubu 2085-ci idə açılacaq

Böyük Britaniyanın keçmiş kraliçası 2-ci Elizabetin Sidney əhalisinə məktubu yenidən müzakirə predmeti olub.

APA-nın “Daily Mail”ə istinadla xəbərinə görə, məktub 1986-cı ildə kraliçanın Avstraliyaya səfəri zamanı tərtib edilib. 2-ci Elizabetin öz əli ilə yazdığı və imzaladığı məktub möhürlənərək qapalı şəraitdə mühafizə olunur.

Kraliçanın vəsiyyətinə əsasən məktub 99 il sonra açılmalıdır. Yəni, 2085-ci ilin sonunda Sidney meri məktubu şəxsən açmalıdır.

Əvvəlki məqalə

ABŞ-da meymunçiçəyindən ikinci ölüm qeydə alınıb

Sonrakı məqalə

Kəlbəcər və Laçındakı bölmələrimiz artilleriya atəşinə tutulur –