Kraliça II Elizabetin tabutu Edinburq şəhərindəki kilsəyə aparılıb

Kraliça II Elizabetin tabutunu aparan kortej Şotlandiyanın Edinburq şəhərindəki Holirud sarayından St.Giles kilsəsinə istiqamət götürüb.

Kral III Çarlz və kral ailəsinin digər üzvləri tabutu müşayiət ediblər.

Edinburq sakinləri yol boyu səssizcə cənazənin keçməsini izləyiblər.

Kilsədə Kraliçanın xatirəsinə mərasim keçiriləcək, bundan sonra 24 saat ərzində ictimaiyyət onunla vidalaşa biləcək.

Çərşənbə axşamı cənazə Londona gətiriləcək.

Əvvəlki məqalə

Məhkəmə İsa Qəmbərə təyin edilmiş 180 manat pensiya ilə bağlı qərar verib

Sonrakı məqalə

BMT Baş Assambleyasının 76-cı sessiyası bağlanıb