Kraliça II Elizabetin Vindzor qəsri üzərindən uçuş qadağan edilib

Böyük Britaniya kraliçası II Elizabetin yaşadığı Vindzor qəsrinin hava məkanı təhlükəsizlik səbəbi ilə uçuşa qadağan zona elan edilib.

Yanvarın 27-dən təyyarə və dronların Vindzor qəsri üzərindən 2500 fut yüksəklikdən uçması qadağan olunacaq. Görülən təhlükəsizlik tədbirlərinə görə, qala divarlarından 1,4 mil məsafədə uçmağın cinayət sayılacağı, qayda pozuntusu halında əraziyə daxil olan və xəbərdarlığa cavab verməyən təyyarələrə müdaxilə ediləcəyi, qalanı qoruyan polis qruplarının qeyri-qanuni pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək səlahiyyətinin daha çox olacağı bildirilib.

Britaniya Mülki Aviasiya Qurumu qadağanın ictimai maraqlara uyğun olduğunu, qərarın yerinə yetirilib-yetirilmədiyini hava nəqliyyatına nəzarət orqanlarının həyata keçirəcəyini bildirilib.

Qeyd edək ki, qərar ötən ilin dekabrında silahlı şəxsin kraliçanın yeni ili qarşıladığı Vindzor qəsri ərazisinə daxil olmasından sonra verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vitaminləri düzgün qəbul etmək üçün nəyi bilmək lazımdır? –

Sonrakı məqalə

ABŞ KTMT qüvvələrini Qazaxıstanı tərk etməyə çağırıb