Kralların dincəldiyi məkan –“Daily Mail” Abramoviçin dəbdəbəli malikanəsindən yazıb - FOTO

Jurnalistlər rusiyalı oliqarx Roman Abramoviçə məxsus olan və bu yaxınlarda Fransa hökuməti tərəfindən sanksiya tədbirləri çərçivəsində müsadirə edilmiş dəbdəbəli “Chateau de la Croe” malikanəsini təsvir ediblər.

Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Nəşrin məlumatına görə, milyarder 1926-cı ildə Kot d’Azurda yeddi hektar ərazidə tikilmiş malikanəni 2000-ci illərin əvvəllərində – villada baş verən güclü yanğından otuz il sonra 15 milyon funt-sterlinqə alıb. Britaniyalı qəzet maqnatı Ser Vilyam Burton tərəfindən sifariş edilən bu zərif villada vaxtilə 12 yataq otağı, səkkiz vanna otağı, tennis kortu və 24 yerlik qonaq otağı vardı. İddia olunurdu ki, malikanə öz möhtəşəmliyi ilə “Bukingem” sarayı ilə rəqabət apara bilər.

Abramoviç malikanəni aldıqdan sonra orada təmir işləri aparıb. İdman zalı və kinoteatrın quraşdırılmasına, 15 metrlik dam hovuzunun təchiz edilməsinə, sifarişlə mebel və aksesuarların hazırlanmasına təxminən 125 milyon funt-sterlinq xərcləyib. Qeyd olunur ki, “Chateau de la Croe” zəngin tarixə malik malikanədir. Abramoviçdən əvvəl Britaniya kralı VIII Edvard və onun ortağı Uollis Simpson, Belçika kralı III Leopold, Misir kralı I Faruk, yunan gəmiçiliyi maqnatı Aristotel Onassis və həyat yoldaşı Afina Livanos orada dincəlir və yaşayırdı.

Abramoviç mülkü satın aldıqdan sonra onun dəyəri 90 milyon funt-sterlinqə yüksəlib.

Azpost.info

Əvvəlki məqalə

Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir –

Sonrakı məqalə

Ukraynadakı müharibə Rusiyanın tarix dərsliklərinə salınacaq