“Kreml bu təcavüzə görə cavab verəcək” –
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynaya dəstək üçün birgə bəyanat yayıblar.
Azpost.info xəbər verir ki, bu barədə “European Truth” məlumat yayıb. “Rusiyanın Ukraynaya qarşı haqsız hücumunu qətiyyətlə pisləyirik. Bu qaranlıq vaxtlarda düşüncələrimiz Ukrayna ilə, bu səbəbsiz hücumla üzləşmiş və indi öz həyatları üçün qorxan günahsız qadınlar, kişilər və uşaqlarladır”, – Aİ liderləri vurğulayıblar.
Onlar həmçinin əlavə ediblər ki, Kreml bu təcavüzə görə cavab verəcək.
Azpost.info
