“Putini dayandırın!” –
Ukrayna prezidenti Vladimir Zelenski dünya liderlərini Rusiyanın genişmiqyaslı hücumuna qarşı anti-Putin koalisiyası yaratmağa çağırıb.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Zelenski bu barədə “Tvitter”də yazıb. ABŞ, Almaniya, Britaniya, Polşa və Avropa İttifaqı liderlərinə müraciət edən Ukrayna lideri onları Putini dərhal dayandırmağa çağırıb: “Anti-Putin koalisiyasını qururuq. Dərhal sanksiyalar olmalı, Ukraynaya müdafiə və maliyyə dəstəyi göstərilməlidir. Dünya Rusiyanı sülhə məcbur etməlidir”.
Azpost.info
