Kreml general Surovikinin yoxa çıxması ilə bağlı sualı cavablandırmaqdan imtina etdi

Kreml “Vaqner”in qiyam cəhdindən sonra yoxa çıxan ordu generalı Sergey Surovikinin ətrafında yaranmış vəziyyəti şərh etməkdən imtina edib.

Azpost.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bügünkü brifinqdə Surovikinlə bağlı nə baş verdiyi və onun harada olması ilə bağlı sualı cavablandırmayıb.

“Bu, Müdafiə Nazirliyinin səlahiyyətindədir”, – Pekov deyib.

O, həmçinin prezident Vladimir Putinin Surovikinə etibar etməkdə davam etdiyini təsdiqləməkdən imtina edib: “Burada söhbət ondan gedir ki, prezident Putin baş komandandır və o, müdafiə naziri və Baş Qərargah rəisi ilə işləyir”.

Qeyd edək ki, Müdafiə Nazirliyindəki iki mənbə Surovikinin həqiqətən həbs edildiyini bildirib.

Surovkin iyunun 24-də “Vaqner”çilərə videomüraciətindən qısa müddət sonra yoxa çıxıb.

Azpost.info

Əvvəlki məqalə

Şahdağ Turizm Mərkəzində hotellərin qiyməti

Sonrakı məqalə

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib