Yanvarın 24-də səhər saatlarında Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin vurulması vəhşilikdir.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ukraynalılar öz məhbuslarını, sözün əsl mənasında 24 saat ərzində evlərində olacaq vətəndaşlarını öldürdülər”, – Peskov bildirib.
O əlavə edib ki, insident Ukrayna hakimiyyəti tərəfindən cinayət hesab edilərsə, Kreml beynəlxalq araşdırmaya razılıq verəcək.
Peskov təyyarənin niyə vurulduğunu öyrənmək üçün Zelenski administrasiyası ilə əlaqə saxlamağı təklif edib.
O, həmçinin bildirib ki, göyərtəsində 65 məhbus, 6 ekipaj üzvü və üç müşayiət edən şəxsin olduğu İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı prezident Vladimir Putinə çatdırılıb.
“Müstəntiqlər təyyarənin qalıqlarını tədqiq etməyə başlayıblar”, – Peskov deyib.
Azpost.info