Moskvada 216 min üztanıma qurğusu quraşdırılıb

Rusiyanın regional hakimiyyət orqanları üztanıma funksiyasına malik videokameralar şəbəkəsini köklü şəkildə genişləndirməyə başlayır.

Azpost.info xəbər verir ki, ölkə üzrə sayı yarım milyonu keçən dövlət kameralarının ardınca şəxsi kameralar da insanı üzdən “tanımağa” imkan verən sistemə qoşulmağa başlayır.

Şəxsi kameraların dövlətin tanınması sisteminə daxil ediləcəyi ilk bölgə Perm ərazisi olub. Müvafiq sərəncamı qubernator Dmitri Maxonin imzalayıb. Sənədə əsasən, siyahısı qubernatorun məxfi fərmanı ilə təsdiq edilən strateji obyektlərin ərazisində quraşdırılmış videokameraların sahibləri vahid videomüşahidə sisteminə qoşulmalıdırlar.

Qərar prezident Vladimir Putinin müvafiq fərmanı ilə əlaqədar qəbul edilib.

Üztanıma cihazların sayına görə lider Moskvadır (216 min). Burada bu sistem 2017-ci ildə fəaliyyətə başlayıb.

Moskva vilayətində 80 mindən çox, Sankt-Peterburqda 67 min belə cihaz quraşdırılıb. Dördüncü yerdə 32 min kameranın işlədiyi Tatarıstan gəlir.

Azpost.info

Əvvəlki məqalə

Təyyarə insidentindən sonra Rusiya hərbi əsirlərin mübadiləsini davam etdirəcək?

Sonrakı məqalə

Rusiya İl-76-nın vurulması ilə bağlı beynəlxalq araşdırmaya yalnız bu şərtlə razıdır