Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin məhv edilmiş “Leopard” tanklarına və digər texnikalarına görə bir sıra sənət adamlarının pul mükafatı elan etməsinə münasibət bildirib.
Azpost.info xəbər verir ki, Peskov bunu vətənpərvərliyin təzahürü adlandırıb.
“Bu yolla cəmiyyət bizim qəhrəmanlarımızı, döyüşçülərimizi dəstəkləyir. Bilirik ki, bir sıra sahibkarlar da eyni təşəbbüslərlə çıxış ediblər. Ona görə də bu yeganə təşəbbüs deyil, buna bənzər təşəbbüslər çoxdur. Bu yaxşıdır”, – Peskov deyib.
Azpost.info