“Biz məsuliyyətsiz nüvə şantajını rədd etdik və Kreml bunu eşitdi”- Borrel

“Rusiyanın ali rəhbərliyi nüvə təhdidlərinə dünyanın reaksiyasını eşitdi”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.

“Aydındır ki, BMT Nizamnaməsini və beynəlxalq hüququ kobud şəkildə pozan və hər şeyin yolunda getmədiyindən ümidini itirməyə başlayan şəxs terror arsenalında olan hər şeyi təhdid etməkdən çəkinməyəcək. Amma biz beynəlxalq ictimaiyyətin əhəmiyyətli bir hissəsi kimi, açıq şəkildə Rusiyanın məsuliyyətsiz nüvə şantajını rədd etdik. Məncə, Moskvada nüvə silahının mümkün istifadəsi ilə bağlı qərar verənlər bunu çox yaxşı eşitdilər”, – Borrel bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Mən xalqdan biriyəm”

Sonrakı məqalə

Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq