Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq

2022-ci il ərzində Beynəlxalq Ədalət Məhkəməsi və AİHM-də Azərbaycan tərəfinin Ermənistana qarşı şikayətləri üzrə tədbirlər görülür və bu, ədavam etməkdədir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib

Onun sözlərinə görə, eyni zamanda, bu ay Azərbaycan Ermənistana qarşı 2022-ci ilin may-avqust ayında Ermənistanın Laçın şəhəri və iki qonşu kəndi tərk edərkən yüzlərlə yaşayış yerini yandırması, məhvetməsi ilə bağlı yeni dövlətlərarası şikayət təqdim edib və bununla bağlı ziyana görə kompensasiyanın ödənilməsi tələb edilir.

“Bu proseslərin özünəməxsusluğu var. 2023-cü ilin əvvəlindən tərəfimizdən Azərbaycanın Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərinin qanunsuz istismarına qarşı yeni iddialar irəli sürüləcək”, – nazir vurğulayıb.

Əvvəlki məqalə

“Biz məsuliyyətsiz nüvə şantajını rədd etdik və Kreml bunu eşitdi”

Sonrakı məqalə

“Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi elə onun özünə ziyan vuracaq”