Kreml Putinə Moldovaya giriş qadağasını şərh edib

“Moldova hakimiyyəti sürətlə rusofobiyaya doğru sürüklənir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Kişinyovun Rusiya prezidenti Vladimir Putinin ölkəyə girişini qadağan etmək qərarını şərh edərkən bildirib.

“Aydındır ki, Moldovanın hazırkı rəhbərliyi bizim artıq bildiyimiz çox məşhur rusofobiya istiqamətində sürətlə sürüklənir”, – Peskov deyib.

O əlavə edib ki, Moskva Moldovanın qeyri-dost kursundan təəssüflənir.

Peskov həmçinin qeyd edib ki, Kişinyovda nədənsə Rusiyaya nifrət və hər hansı rusiyapərəst təzahürlər Avropaya inteqrasiya üçün ilkin şərt hesab olunur.

Azpost.info

Əvvəlki məqalə

TƏBİB-dən qızılca ilə bağlı valideynlərə

Sonrakı məqalə

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb