Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoniyə ad günündə spirtli içki hədiyyə etməsi ilə bağlı məlumatlı olmadığını bildirib.
Azpost.info xəbər verir ki, 0, bunu brifinq zamanı bildirib.
Peskov italyan siyasətçiyə ad günündə 20 şüşə araq göndərilməsi xəbərini nə təsdiq, nə də təkzib edib.
“Mən belə hədiyyələrin verildiyini təsdiq edə bilmərəm. Ona görə də bu mövzuda heç nə deyə bilməyəcəm”, – Peskov vurğulayıb.
Avropa Komissiyasından bildiriblər ki, Rusiya prezidenti Berluskoniyə 20 şüşə araq hədiyyə etməklə Avropa İttifaqının sanksiyalarını pozmuş ola bilər. Komissiya 2022-ci ilin aprelində Rusiyadan araq və bu kimi spirtli içkilərin Aİ-yə idxalına qoyulan qadağanın uzadılmasına qərar verib. Eyni zamanda, qanun hədiyyələrlə bağlı istisnaları nəzərdə tutmur.
Azpost.info