“Ermənistan Roma Statutunun Konstitusiya Məhkəməsi tərəfindən respublikanın konstitusiyasına uyğun olaraq tanınması ilə bağlı mövqeyini hələ də dəqiqləşdirməyib”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hələ ki, Ermənistan öz mövqeyini dəqiqləşdirməyib. Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik”, – Peskov deyib.
Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi Haaqa Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinlə bağlı qərarını konstitusiyaya uyğun hesab edib. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti Rusiya prezidenti Vladimir Putini öz ərazisində həbs edə bilər.
Azpost.info