Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil

User 22 İyul 2026 - 15:47 (Last updated: 22 İyul 2026 - 16:07)
6a60aa79077016a60aa790770217847199936d1f50d14da78bf9361463e0ae059ca0

Kreml Rusiya və Almaniya nümayəndələri arasında Bakıda görüş keçirilməsi barədə məlumatlı deyil.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüş barədə məlumatı olmadığını söyləyib.

Qeyd edək ki, “The Times” nəşri iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini yazıb.

Qəzetin yazdığına görə, görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federal Kansleri ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bununla bağlı suala cavabında Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndiklərini, Azərbaycan tərəfinin bu barədə xəbərinin olmadığını söyləyib. Dövlət başçısı bildirib ki, Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəyib, “The Times” qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqlənib.

“İyulun 12-də Berlin-Bakı reysi ilə iki tanınmış şəxs – biri xanım Merkelin Administrasiyasının rəhbəri cənab Pofalla və cənab Platzek Bakıya gəlib və iyulun 14-də geri qayıdıblar. Eyni zamanda iyulun 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlib, biri iyulun 13-də, o biri isə iyulun 14-də Bakıdan ayrılıb. Bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib. Yəni bizim ərazimiz bizdən xəbərsiz olaraq, sadəcə, istifadə olunub. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim uçuş statistikası deməyə əsas verir ki, belə gizli görüş Bakıda keçirilib. Əgər bu görüş Rusiya-Ukrayna müharibəsinin sonuna gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq”, – deyə Prezident vurğulayıb.

AzPost.az

Post navigation

Previous: “Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Next: Göygöldə şagirdlər üçün kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

Oxşar xəbərlər

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.