“Ukraynanın Rusiya ordusunun nəzarətində olan rayon, şəhər və qəsəbələrində Kreml tərəfindən heç bir yeni yerli idarəetmə orqanları yaradılmır”.
Azpost.info bildirir ki, bu barədə Prezident Putinin mətbuat katibi Dmitri Peskov “Komsomolskaya Pravda”nın sualına cavab verərkən deyib.
“Bununla bağlı heç bir struktur yaradılmır”-deyə Peskov bildirib.
Peskov deyib ki, nəzarət olunan ərazilərdə mülki işlərin idarə olunması ilə bağlı sualları Müdafiə Nazirliyi cavablandırmalıdır. “Xüsusi hərbi əməliyyatın icrası ilə onlar məşğuldurlar”-deyə Kremlin sözçüsü vurğulayıb.
