Kreml “Vaqner”in beynəlxalq cinayət təşkilatı kimi tanınmasını şərh etdi

“Vaqner”in ABŞ-da beynəlxalq cinayət təşkilatı kimi tanınmasının Rusiya üçün əhəmiyyəti yoxdur.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, şirkət özü də buna biganə qalacaq: “Bunun nə bizim ölkəmiz, nə də “Vaqner” üçün praktiki əhəmiyyəti var”.

Yanvarın 20-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ Ədliyyə Nazirliyinin “Vaqner”i transmilli cinayət təşkilatı kimi tanıdığını elan edib.

Kirbi bildirib ki, “Vaqner”ə qarşı yeni sanksiyalar tətbiq olunacaq, onun müxtəlif qitələrdəki tərəfdaşları da məhdudiyyətlərə məruz qalacaqlar. Şirkətin ABŞ-dakı aktivləri dondurulacaq, amerikalı sahibkarlara bu müəssisəyə mal tədarük etmək və ya xidmət göstərmək qadağan olunacaq.

Azpost.info

 

Əvvəlki məqalə

“Ukrayna ilə danışıqlar üçün heç bir şərait yoxdur”

Sonrakı məqalə

Rusiya Estoniya səfirini ölkədən qovdu