“Wall Street Journal”ın bütün rusiyalı jurnalistləri ölkədən çıxarmaq çağırışı absurd və yanlışdır”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov hesab edir ki, bunun üçün heç bir səbəb yoxdur: “Əgər qanun pozuntuları, qanunda nəzərdə tutulan fəaliyyət çərçivəsindən kənara çıxmalar varsa, bu, başqa. Amma əks halda vicdanlı jurnalistlərin hüquqlarını məhdudlaşdırmaq absurd və yanlış olardı”.
O əlavə edib ki, Rusiyada etibarlı akkreditasiyası olan bütün xarici jurnalistlər fəaliyyətlərini davam etdirirlər. Peskov onların məhdudiyyətlərlə üzləşmədiyini və əla işlədiklərini deyib.
Azpost.info