“Kreml Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər nöqteyi-nəzərindən düzgün olmayan addım hesab edir”.
Azpost.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml prezident Putinin Ermənistana səfərini nə vaxtsa yarımçıq qoymasını istəməzdi. “Biz hələ də Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının yanlış qərar olduğuna inanırıq. Rusiya Ermənistan xalqını qardaş hesab edir, lakin Moskvanın ölkə rəhbərliyinin özü ilə bağlı sualları var”.
Peskov qeyd edib ki, İrəvanın BCM-nin Roma Statutuna qoşulması Rusiya üçün diplomatik həll tələb edəcək.
Azpost.info