Krım körpüsü tamamilə bərpa edilib

Krım körpüsü tamamilə bərpa edilib, avtomobillərin hərəkəti hər dörd zolaqda açılıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Marat Xusnullin bildirib.

O, işlərin vaxtından 18 gün əvvəl tamamlandığını deyib.

“Hər iki aşırımın bərpasına 534 ton metal konstruksiya, yol örtüyünə isə 360 tona yaxın asfalt-beton sərf olunub”, – Xusnullin qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub

Sonrakı məqalə

İsrailə hücuma rəhbərlik edən HAMAS komandiri öldürülüb