Krım körpüsündə partlayan yük maşınının sahibi məlum olub

İstintaq Krım körpüsündə partlayan yük maşınının sahibini müəyyənləşdirib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, avtomobilin sahibi Krasnodar diyarının sakinidir. Əməliyyatçılar onun yaşadığı yeri yoxlamağa başlayıblar. Mütəxəssislər avtomobilin marşrutunu da öyrənirlər.

“Mash” Teleqram kanalı yük maşınının sahibinin Krasnodardan olan Boris Yusubov olduğunu yazıb. Yaxınlarının dediyinə görə, o, maşını satıb, lakin yeni sahibi maşını öz adına adına rəsmiləşdirməyib.

Azpost.info

Əvvəlki məqalə

Krım körpüsündə partlayışda 3 nəfər ölüb

Sonrakı məqalə

Ağdamdakı Sultanbud kurqanına edilən qanunsuz müdaxilənin qarşısı alınıb