“Krıma hər hansı müdaxilə cəhdi Rusiyaya müharibə elanı kimi qiymətləndiriləcək”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev deyib.
Medvedevin sözlərinə görə, İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanı yeni heç nə ilə təhdid etmir. Ukraynanın NATO-da olması isə həll edilməmiş ərazi mübahisələrinin mövcudluğuna görə daha təhlükəlidir: “Bizim üçün Krım Rusiyanın bir hissəsidir. Bu isə əbədidir. Krıma hər hansı müdaxilə cəhdi ölkəmizə müharibə elanıdır. Əgər bunu NATO-nun bir hissəsi olan ölkə edirsə, bu, bütün Şimali Atlantika Alyansı ilə münaqişədir, Üçüncü Dünya müharibəsidir. Bu isə tam bir fəlakət deməkdir”.
Azpost.info
