“Krımın müdafiəsinə hazırlaşmaq lazımdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov deyib.
Onun sözlərinə görə, hadisələrin bu cür inkişfı mümkündür və Rusiya ordusu artıq Ukrayna Silahlı Qüvvələrinin mümkün hücumu üçün hazırlıqlara başlayıb.
“Soruşurlar, deyirlər, niyə səngər qazırlar? Deyirəm, qulaq asın, dostlar, aydındır ki, kimsə Krıma soxulsa, orada sadəcə məhv olacaq. Buna hazırlaşmalıyıq? Belə bir seçim mümkündür ki, onlar soxlacaqlar? Mümkündür”, – Qurulyov bildirib.
Deputat hazırda Krımda müdafiə xətlərinin qurulduğunu, yarımadanın müdafiəsində Rusiya ordusunun qələbəsinə əmin olduğunu bildirib.
Azpost.info