Kriştiano Ronaldo evləndi –

ronaldo arvadi

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo və model Corcina Rodriges evləniblər.

41 yaşlı Ronaldo və 32 yaşlı Corcina Instagram hesablarında nikah üzüklərinin fotosunu paylaşıblar.

Xatırladaq ki, Ronaldo 2025-ci ildə Rodrigesə evlilik təklifi edib. Cütlük 2016-cı ildən münasibətdədir.

Ronaldo və Corcinanın münasibətindən iki qız övladı dünyaya gəlib – Alana Martina və Bella Emeralda.

AzPost.az