Kriştianu Ronaldo yarım milyon dollara saat alıb- FOTO

Portuqaliya milli komandasının və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo yeni saatını nümayiş etdirib.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu ictimaiyyət önünə “Roleks” şirkətinin istehsalı olan yeni saatı ilə çıxıb.

Bu, şirkətin “GMT Master İce” modelli saatıdır. 18 karatlıq ağ qızıldan hazırlanan və 30 karatlıq ağ brilyantlarla bəzədilən saatın qiyməti təxminən yarım milyon dollardır. Daha dəqiqi isə bu qiymət 485 min 350 dollar təşkil edir.

Ötən ilin sonunda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təqdimat mərasiminə qatılanda K.Ronaldanun qolunda başqa saat var idi. “Roleks”in həmin modeli 380 min avroya bərabərdir.

Lakin futbolçunun saat kolleksiyasında təkcə “Roleks”in bu iki modeli deyil. Məhdud sayda istehsal olunan “Jacob & Co.”nun qiyməti 130 min avrodur. K.Ronaldonun ən bahalı saatı isə Frank Müllerin hazırladığıdır və onun qiyməti 1,5 milyon dollardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Təhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibi təsdiqləndi

Sonrakı məqalə

“Türkiyə ordusu bu dəlixanaya daxil olacaq”-