Kriştianu Ronaldo:“Özümü kinoda aktyor kimi sınamaq istəyirəm”

“Futbolçu karyeramı bitirəndə təhsilimi davam etdirmək istəyirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldo deyib. Ulduz hücumçu futbolçu karyerasını bitirdikdən sonrakı planlarını açıqlayıb: “Təhsilə, öyrənməyə, araşdırmağa köklənmişəm. Çünki təəssüflər olsun ki, heç də həmişə yaranan suallara cavab verə bilmirəm. Bir məsələ də var ki, məni cəlb edir. Özümü kinoda aktyor kimi sınamaq istəyirəm”.

Qeyd edək ki, K.Ronaldonun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“MİQ-29″un mərhum pilotu Rəşad Atakişiyevin ailəsinə medal təqdim olunub –

Sonrakı məqalə

Əli İnsanov partiyasının təsis vaxtını açıqladı –