“Krokus”da terror aktı ilə bağlı daha bir nəfər saxlanılıb

Rusiya hüquq-mühafizə orqanları “Krokus Siti Holl”da törədilən terror aktında iştirakda şübhəli bilinən daha bir şəxsi saxlayıblar.

TASS bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

“Krokusda törədilən terror aktı ilə bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində daha bir əli olan şəxs saxlanılıb”, – deyə xəbərdə bildirilir.

Onun həbsi və işdə iştirak edən şəxsin rolu ilə bağlı təfərrüatlar məlum deyil.

Əvvəlki məqalə

Ukrayna Moskva aerodrumunda K-32 helikopterini məhv edib

Sonrakı məqalə

Prezident İlham Əliyev Berlində Almaniyanın XİN rəhbərini qəbul edib