Kruiz gəmisində 100-dən çox insan norovirusa yoluxub

Bir həftə əvvəl Florida limanından yola düşən “Caribbean Princess” kruiz gəmisində 100-dən çox insan norovirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə Amerika KİV-ləri ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə (CDC) istinadən xəbər veribş

Gəminin 11 mayda Floridaya qayıtması gözlənilir. Hazırda gəmi Dominikan Respublikası sahillərində yerləşir.

“CDC”-dən bildirilib ki, 102 sərnişin və 13 heyət üzvü virusa yoluxub. Gəmidə gücləndirilmiş sanitar tədbirlər tətbiq edilib və yoluxanlar kabinələrində təcrid olunublar.

Qeyd edilib ki, yeni müəyyən edilmiş norovirus ştammı insandan insana, eləcə də çirklənmiş qida, su və səthlər vasitəsilə sürətlə yayılır. Ən çox müşahidə edilən simptomlar qarın ağrısı, baş ağrısı və qızdırmadır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.