Ermənistan rəhbərliyinin KTMT-dən çıxmaqla bağlı bəyanatları bu ölkənin suveren seçimidir.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Əgər Rusiya və KTMT-dən məyus olub, öz təhlükəsizliklərini möhkəmləndirmək üçün kənardan həmkarlar axtaracaqlarsa, bu, Ermənistan rəhbərliyinin suveren seçimidir”, – Lavrov qeyd edib.
O, rus və erməni xalqları arasında əsrlər boyu mövcud olan əlaqələrin pozulmayacağına ümid etdiyini bildirib.
Azpost.info