KTMT-nin növbədənkənar sessiyasında təşkilatın Ermənistandakı missiyasının nəticələri və İrəvana yardım göstərilməsi müzakirə olunacaq.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, Ermənistan ərazisində KTMT missiyasının yerləşdirilməsi ehtimalı ilə bağlı sualı belə cavablandırıb.
“Hazırda KTMT-nin yaxın vaxtlarda növbədənkənar sessiyasının keçirilməsi məsələsi üzərində iş aparılır. Güman edilir ki, qarşıdan gələn görüş zamanı üzv dövlətlərin rəhbərləri videokonfrans vasitəsilə KTMT-nin Ermənistandakı missiyasının işinin nəticələrini müzakirə edəcək və İrəvana yardımın göstərilməsi üçün birgə tədbirlərə dair təklifləri nəzərdən keçirəcəklər. Rəsmi məlumatı KTMT katibliyi və Rusiya Xarici İşlər Nazirliyi verəcək”, – Zaxarova bildirib.
O, hansı yardımdan söhbət getdiyini açıqlamayıb.
“KTMT üzvləri bütün məsələlərdə birgə qərar və razılığa gəlməlidirlər. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsidir, ona görə də bütün qərarlar kollektiv şəkildə qəbul ediləcək”, – Zaxarova əlavə edib.
Azpost.info