Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı noyabrın sonunda Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti yenidən müzakirə edəcək.
Azpost.info BELTA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə Belarusun XİN başçısının müavini Yuri Ambrazeviç KTMT-nin bu günkü növbədənkənar iclasının nəticələri barədə məlumat verərkən deyib.
“Tərəflər anlaşdılar ki, məsələ KTMT-nin noyabrın sonuna planlaşdırılan sessiyasında əlavə olaraq müzakirə olunacaq”.
Onun sözlərinə görə, yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutacaq.