Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstanda keçirilən təlimlərində Çin, Türkiyə, Böyük Britaniya, ABŞ və digər Qərb ölkələrinin hərbi-diplomatik korpusunun nümayəndələri iştirak ediblər.
Azpost.info xəbər verir ki, bu barədə təlimlərin Birgə Mətbuat Mərkəzindən məlumat verilib.
“Təlimlərin yekun mərhələsi və bağlanış mərasimində Qırğızıstanda akkreditə olunmuş hərbi-diplomatik korpusun nümayəndələri, o cümlədən Belarus, Qazaxıstan, Rusiya, Böyük Britaniya, Kanada, Çin, Koreya, Polşa, ABŞ, Türkiyə, Fransa, Yaponiya, həmçinin Qırmızı Xaç və ATƏT təmsilçiləri də iştirak ediblər”, – məlumatda deyilir.
Azpost.info